Rusiya və Azərbaycan Baş nazirləri telefon danışığı apardıbackend

Rusiya və Azərbaycan Baş nazirləri telefon danışığı apardı

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.

Mixail Mişustin və Əli Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin inkişafının vacibliyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*