Əlverişsiz hava şəraiti səbəbindən bağlanan Gürcüstan Hərbi Yolunda 2645 yük maşınının hərəkətini bərpa edəcəyi gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, noyabrın 26-da axşam saatlarında hava şəraiti ilə əlaqədar yolda gediş-gəliş məhdudlaşdırılıb, ertəsi gün isə yol tamamilə bağlanıb. Noyabrın 27-də Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiyaya çıxmaq istiqamətində növbəti xəbərdarlığa qədər bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulduğunu açıqlayıb.
Qeyd edək ki, Gürcüstan Hərbi Yolu Rusiya, Gürcüstan və Ermənistanı birləşdirən yeganə quru yoludur.
Ariz Həsənoğlu,
KONKRET.az
