Rusiya və İran arasında PUA razılaşmasının DETALLARI – CNN ARAŞDIRDIbackend

Rusiya və İran arasında PUA razılaşmasının DETALLARI - CNN ARAŞDIRDI

CNN: İran zərbə PUA-larının planlarını və komponentlərini Rusiyaya ötürməyə başlayır…

Moskva və Tehran İranın çertyojları və komponentlərindən istifadə etməklə Rusiya ərazisində pilotsuz uçan aparatlarının istehsalına dair saziş imzalayıb.

KONKRET.az xəbər verir ki, razılaşmanın təfərrüatlarını CNN ABŞ kəşfiyyatının məlumatlarına istinadən açıqlayıb.

Məlumata görə, saziş noyabrın əvvəlində imzalanıb və hazırda İran döyüş PUA-larının istehsalı üçün lazım olan hissələri və sxemləri Rusiyaya ötürməyə başlayıb. Mənbənin məlumatına görə, bir neçə aydan sonra istehsala başlana bilər. Burada söhbət minlərlə drondan gedir.

Telekanalın məlumatına görə, pilotsuz təyyarələrin İrana təhvil verilməsi yox, məhz Rusiyada istehsalına dair qərar mətbuatda iddia edilən Moskva və Tehran arasında qısa mənzilli raketlərin tədarükü ilə bağlı yayılan məlumatlardan sonra qəbul edilib.

Bu addımın Ukrayna və onun Qərb müttəfiqləri, o cümlədən ABŞ tərəfindən ciddi qəzəb doğuracağı bildirilir.

Oktyabr ayında Reuters agentliyinin İrandakı mənbələri bildiriblər ki, ölkə Rusiyaya yer-yer tipli ballistik raketləri və pilotsuz təyyarələr tədarük etməyi vəd edib. Agentliyin həmsöhbətlərindən biri deyib: “Ruslar İrandan Fateh və Zülfüqar raketlər ailəsinə aid bir çox pilotsuz təyyarələr və yüksək dəqiqliyə malik ballistik raketlər tələb edib”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*