Beynəlxalq ictimaiyyəti, qeyri-qanuni şəkildə Suriya torpaqlarına müdaxilə edən ABŞ-a təzyiq göstərməyə çağırırıq.
KONKRET.AZ Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya və Suriyanın qaçqınlarla iş üzrə dövlət komitələrinin birgə açıqlamasında deyilib.
Sözügedən açıqlama Rusiya Müdafiə Nazirliyinin saytında yayımlanıb.
“ABŞ öz hərbi qüvvələrini Suriyadan tamamən çıxarmalıdır!”, – deyə bildirilib.