Rusiya və Türkiyə ABŞ-a qarşı birləşdi – milli valyutalarla bağlı saziş imzalandıbackend

Rusiya və Türkiyə ABŞ-a qarşı birləşdi - milli valyutalarla bağlı saziş imzalandı

KONKRET.az Rusiya Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Rusiya və Türkiyənin maliyyə nazirlikləri milli valyutalarda hesablaşmalar və ödənişlər haqqında saziş imzalayıblar.

Qeyd olunduğu kimi, təşəbbüs iki ölkənin biznes subyektləri arasında fasiləsiz ödənişlərin təmin edilməsi ilə yanaşı, banklararası qarşılıqlı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlib.

Tədbir oktyabrın 4-də keçirilib, razılaşma nazirliklərin rəhbərləri Anton Siluanov və Berat Albayrak tərəfindən imzalanıb.

Mətbuat xidməti məlumat verib ki, saziş, həmçinin Türkiyədə Mir kartlarını qəbul etmək üçün infrastrukturun daha da genişləndirilməsini və banklar və şirkətlərin Rusiyanın SWIFT analoqu ilə əlaqələndirilməsini nəzərdə tutur.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan milli valyutalarda hesablaşmalara dair hökumətlərarası saziş layihəsinə “mümkün qədər tez cavab verməsini” istəmişdi.

İyul ayında Rusiya Enerji naziri Aleksandr Novak dövlətlər arasında qarşılıqlı ticarətdə hesablaşmaların üçdə birinin milli valyutalarda edildiyini söyləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*