2020-ci ildə Azərbaycanla strateji tərəfdaşlıq ardıcıl olaraq inkişaf edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında bildirilib.
Bildirilib ki, aktiv təmaslar ən yüksək səviyyədə hökumət və parlament xətləri ilə davam edib: “İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın dayanıqlı dinamikası qorunub saxlanılıb. 2019-ci illə müqayisədə ticarət dövriyyəsi 8,9 faiz azalaraq 2,8 mlrd dollar təşkil edib. 2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə Fəaliyyət Planı – ticarət, turizm, nəqliyyat infrastrukturu və yüksək texnoloji sənaye sahələri üzrə altı “yol xəritəsi” həyata keçirilib.
