Rusiyada 27 yaşlı reper səfərbər olunduğu hərbi hissədə İNTİHAR ETDİbackend

Rusiyada 27 yaşlı reper səfərbər olunduğu hərbi hissədə İNTİHAR ETDİ

Krasnodarda 27 yaşlı reper səfərbərlik səbəbindən intihar edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “93.ru” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki., Krasnodarda “Walkie” kimi tanınan reper İvan Petunin Rusiya Federasiyasında elan edilən “qismən səfərbərlik” səbəbilə intihar edib.

Nəşr qeyd edir ki, 27 yaşlı Petuninin cəsədi şəhərin hündürmərtəbəli binalarından birinin yaxınlığında tapılıb. Məlumata görə, onun intihar etdiyi yer tank təlim mərkəzinin yeməkxanasının yanındakı hərbi hissədir.

Ölümündən bir müddət əvvəl o, müharibəyə getmək istəmədiyi üçün intihar edəcəyini bildirdiyi video mesaj yayımlayıb.

“Bu videoya baxırsınızsa, deməli mən artıq həyatda deyiləm. Qətl günahını ruhumun üzərinə götürə bilmirəm və istəmirəm. Mən heç bir ideal uğrunda öldürməyə hazır deyiləm”, – Petunin deyib.

Petuninin sözlərinə görə, o, psixo-nevroloji dispanserdə olduğu üçün səfərbərliyə çağırılmayıb, lakin yaxın günlərdə qismən səfərbərliyin tam səfərbərliyə çevriləcəyindən ehtiyat edib.

Ölən gün reper yeni albom çıxarıb. Petunin müraciətində “Mənim necə insan olduğumu anlamaq üçün onlardan bəzilərinə qulaq asın” deyib.

Son məlumata görə, Kurqanda yaşayan reper sentyabrın 26-da səfərbərliyə çağırılıb. Onun intihar etdiyi yer səfərbər olunduğu tank təlim mərkəzinin yeməkxanasının yanındakı hərbi hissədir. Onun meyitinin yanında ülçüc tapılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*