Rusiyada aktyor tamaşaçılar qarşısında DAMARLARINI KƏSDİ – VİDEObackend

Rusiyada aktyor tamaşaçılar qarşısında DAMARLARINI KƏSDİ - VİDEO

Aktyor teatr rəhbərliyinə etiraz olaraq tamaşa zamanı damarlarını kəsib.

KONKRET.az xəbər verir ki, Ulan-Udedə Bestujev adına Dram Teatrının aktyoru Artur Şuvalov “Teatr içəridən” tamaşasından sonra çıxış edib. O, səhnədən teatrda onu hər cür aşağıladıqlarını, rol verilmədiyini, maaşının kəsildiyini, teatrdan qovmağa çalışdıqlarını bildirib.

Məlumata görə, sənətçi üçün son zərbə həyat yoldaşı Svetlana Polyanskayanın həmin gün teatrdan qovulması olub.

“Rəhbərliklə münaqişələr teatrda bədii rəhbər dəyişdikdən sonra başlayıb. Onunla çəkişməyə gücüm qalmadı”, – aktyor deyib.

Çıxışının sonunda Şuvalov üzr istəyib, birbaşa səhnədə ülgüc çıxarıb və damarlarını kəsib.

Yerli mətbuatın yazdığına görə, aktyor onkoloji xəstədir, o, həm də üç uşaq atasıdır. Şuvalov sağ qalıb və hazırda dərin yara ilə xəstəxanadadır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*