Rusiyada məhkəmədə 170 milyon rublun (təxminən 3 milyon 650 min manat) yuyulmasında ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənovun altı il azadlıqdan məhrum edilməsi tələb olunub.
KONKRET.az-ın məlumatına görə, bu barədə onun vəkili Mixail Yusupov bildirib.
İstintaq materiallarına əsasən, bloqer vergi xidmətindən yayınmaq məqsədilə Moskva şəhərindəki mənzilini tanış rieltorun köməyi ilə 68 milyon rubla (təxminən 1 milyon 460 min manat) satmağa cəhd edib. O, əmlakın müsadirə edilməsinin qarşısını almaq üçün bu addımı atıb. Daha sonra Həsənov barəsində cinayət işi başlanılıb.
Cari ilin fevral ayında prokurorluq tərəfindən ittiham aktı təsdiqlənərək iş materialları məhkəməyə təqdim edilib. Təqsirləndirilən şəxs isə istintaqdan yayınaraq ölkəni tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Həsənov irəli sürülən ittihamlarla razılaşmır. Apreldə əqdin yeni təfərrüatları ortaya çıxıb. “Mash” nəşrinin məlumatına görə, bloqer əmlakını vergi orqanlarından gizlətmək məqsədilə onu, sadəcə bir paket peçenye müqabilində satıb.\\oxu.az
