Rusiyada Finlandiya və İsveçə qarşı müharibə ehtimalı ilə bağlı SORĞU – VİDEObackend

Rusiyada Finlandiya və İsveçə qarşı müharibə ehtimalı ilə bağlı SORĞU - VİDEO

Rusiyada İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı gənclər arasında sorğusu keçiriblər.

KONKRET.az xəbər verir ki, İnsanlardan “bu ölkələrə qarşı müharibəyə başlamaq lazımdırmı?” sualı ilə müraciət ediblər.

Rusiyalı gənclər kifayət qədər adekvat cavablar veriblər. Onlar müharibə ideyasını absurd adlandırıblar.

“Bu, insanlığa qarşı cinayətdir, siz bunu edə bilməzsiniz… Bu, tam axmaqlıqdır, uşaqlar. Siz bunu dəstəkləyə bilməzsiniz, mümkün deyil. Müharibə iyrəncdir… Mən sadəcə söz tapa bilmirəm”, – rus gənc etirazını buildirib.

Bəziləri Ukraynaya qarşı müharibədən kifayət qədər əziyyət çəkdiklərini bildirib.

“Mənim isti suyum kəsilməsin, normal pensiyam olsun, NATO bazaları düz mənim evimdə quraşdırılsın, vecimə deyil”, – müsahiblərdən biri deyib.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*