Rusiyada general-mayor intihar etdibackend

Rusiyada general-mayor intihar etdi

Moskva vilayətində Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin keçmiş rəis müavini intihar edib.

KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, general-mayor Vladimir Makarovun meyiti Moskva yaxınlığındakı Qolikovo kəndində tapılıb.

“Hadisə fevralın 13-də səhər saatlarında baş verib. Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin eks-rəis müavini, 72 yaşlı general-mayor Vladimir Makarovun meyiti bağ evində tapılıb”, – mənbə bildirib.

General-mayor Makarov bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*