Rusiyada gözləri görməyən əlil arabasında olan şəxsə orduya çağırış vərəqəsi GƏLDİbackend

Rusiyada gözləri görməyən əlil arabasında olan şəxsə orduya çağırış vərəqəsi GƏLDİ

Rusiyada gözləri görməyən əlil arabasından istifadə edən şəxsə orduya çağırış vərəqəsi göndərilib.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, Naberejnıye Çelnıda 28 yaşlı Sergey Sitdikov anadan olduğu gündən görmə qabiliyyətinə malik deyil. Kişinin də serebral iflici var, əlil arabasında hərəkət edir. Onun sözlərinə görə, uşaq evində olarkən bütün lazımi sənədlər hərbi komissarlığa təqdim edilib.

“Amma ötən gün tibbi müayinədən keçmək üçün çağırış aldım və sonra zənglər gəlməyə başladı. İndi məni qaçan adam hesab edirlər və mən istintaq şöbəsinə getməliyəm. Eyni zamanda, birdən məlum oldu ki, mənim şəxsi işim olan qovluq yoxa çıxıb, onu tapanda isə o, boş olub – bütün sənədlər və tibbi rəy yoxa çıxıb”, – deyə Sıtdıkov jurnalistlərə bildirib.

Hərbi idarə vəziyyətlə məşğul olacağına söz verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*