“Amerika hakimiyyəti müəyyən məqsədlərə çatmaq üçün Ukrayna böhranını dondurmağa yönələn strategiya qəbul edə bilər”.
KONKRET.az xarici mediaya istiandən xəbər verir ki, bu qənaətə tanınmış israilli hərbi-siyasi ekspert Yakov Kedmi gəlib. O, ABŞ-ın Ukrayna üçün hazırladığı alternativ ssenaridən danışıb, həmçinin Rusiyanın Vaşinqtonun bu cür təxribatlarına niyə uymamalı olduğunu izah edib.
Yakov Kedmi bildirib ki, Amerika hakimiyyəti Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda yeni anti-Rusiya xarici siyasət ssenarisi hazırlayır. Vaşinqton, çox güman ki, Ukrayna böhranının dondurulması strategiyasını həyata keçirmək niyyətindədir. Kiyevi Moskva ilə müəyyən sazişlər bağlamağa məcbur etməyə çalışır ki, bu da əslində Minsk razılaşmalarının analoquna çevriləcək.
Politoloqun fikrincə, ABŞ-ın Ukrayna üçün hazırladığı belə alternativ ssenari Rusiyaya qarşı növbəti təxribatdır. Yeni “Minsk razılaşmaları” Vaşinqtona Ukraynanı Moskva ilə qarşıdurmanın yeni mərhələsinə hazırlamaq üçün vaxt qazanmağa imkan verəcək. Rusiya Vaşinqtonun hər hansı xarici siyasət təklifindən imtina edərək bu cür təxribatlara boyun əyməməlidir:
“Rusiyada bunu eşidən hər kəs titrəməlidir. Nə Moskva, nə də Donbass bununla razılaşmayacaq”, – Kedmi vurğulayıb.
Politoloq bildirib ki, Rusiya Qərblə qarşıdurmada ABŞ-a sərt cavab verərək, Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatın bütün məqsədlərinə nail olacaq. Moskva özünün xarici siyasət konsepsiyasına sadiqdir və heç bir güzəştə getmək niyyətində deyil.
Müşviq Tofiqoğlu,
KONKRET.az