Rusiyada hərbi hospital yandıbackend

Rusiyada hərbi hospital yandı 

Iyunun 18-də Rusiyanın Bryansk şəhərində genişmiqyaslı yanğın baş verib.

KONKRET.az xəbər verir ki, naməlum səbəblərdən hərbi hospitalda yanğın olub.

Veteranlar üçün hərbi hospitalda tikinti işlərinin davam etdiyi, onun hələ istifadəyə verilmədiyi bildirilib.

Qeyd olunub ki, dam hissəsindəki bitum örtük yanıb.

Mümkün səbəblərdən biri iddia edilən təxribatdır. Amma bölgənin qubernatoru Aleksandr Boqomaz vəziyyətlə bağlı açıqlama verməyib.

Həmçinin, yanğın nəticəsində xəsarət alanların olmadığı vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*