Rusiyanın Primorks diyarındakı Partizanski və Lazovski rayonlarının hərbi komissarı Roman Malık ölü vəziyyətdə tapılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, komissar ağır döyüşlər görüb, sağlamlığında problem olmayıb.
Hadisənin səbəbi hələ məlum deyil.
