Rusiyada ilk dəfə lotoreyada 1 milyard rubl uduş oldubackend

Rusiyada ilk dəfə lotoreyada 1 milyard rubl uduş oldu

Rusiyada ilk dəfə lotoreyada 1 milyard rubl uduş olub. KONKRET.az xəbər veriri ki, bu barədə lotoreya oyununu təşkil edən “Stoloto”  məlumat yayıb. Uduşun sahibi Moskva sakinidir.

Ümumilikdə lotoreya oyunu ilə əlaqədar 53,6 milyon ədəd bilet satılıb. Bir biletin qiyməti 100 rubl olub. 1 milyard rubl məbləğində uduş Rusiyada keçirilən lotoreya oyunları tarixində rekorddur.

Uduşu almaq üçün bilet sahibi “Stoloto”nun Moskvanın mərkəzində yerləşən mərkəzinə gəlməlidir. “Stoloto”  ümid edir ki, uduş sahibi tezliklə peyda olacaq və  vəsaiti necə xərcləməyi planlaşdırdığını açıqlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*