Rusiyada işləyən miqrantların sayı AZALIBbackend

Rusiyada işləyən miqrantların sayı AZALIB

2022-ci ilin payızına qədər Rusiyada qalan və işləyən miqrantların sayı son illərin ən aşağı göstəricisi olub.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mediaya Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun aparıcı elmi işçisi Yuliya Florinskaya bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Rusiyaya gələn əmək miqrantlarının sayı 2020 və 2021-ci illərlə müqayisədə artıb. Bu tendensiya əsasən karantin məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlıdır.

Eyni zamanda, əmək miqrantlarının ölkəyə girişi 2019-cu illə müqayisədə 15% azalıb.

Ekspert həmçinin bildirib ki, Rusiya əmək bazarında əcnəbi işçilərin payı 2019-cu ildəki 6%-dən 5%-ə qədər enib.

“2022-ci ilin sonunda Rusiyada olan əmək miqrantlarının 98%-i MDB ölkələrindən, əsasən Mərkəzi Asiyanın üç ölkəsindən – Özbəkistan, Tacikistan və Qırğızıstandandır”, – deyə o əlavə edib.

Florinskayanın sözlərinə görə, hazırda əmək miqrantlarının əksəriyyəti Rusiyada öz mövqelərini leqallaşdırmağa üstünlük verirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*