Rusiyada məktəbə hücum: şagird öldürüldü, yaralı var backend

Rusiyada məktəbə hücum: şagird öldürüldü, yaralı var 

Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.

Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.

Rusiyada 15 yaşlı yeniyetmə məktəbdə şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb - FOTO - VİDEO - YENİLƏNİB

Onun köynəyinin üzərində “Heç kimin həyatı vacib deyil” yazısı olub.

Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*