Rusiyada neft bazasında yanğın başladıbackend

Rusiyada neft bazasında yanğın başladı

Rusiyanın Belqorod vilayətində neft bazasında yanğın başlayıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında paylaşım edib.

Vyaçeslav Qladkov yazıb ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb. Mərmilərdən biri neft bazasına düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.

Neft bazasında 10 anbar var, mərmi dizel yanacağının olduğu anbarlardan birinə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*