Krasnodar şəhərində yerləşən logistika mərkəzi zərbə alıb.
KONKRET.az xəbər verir ki, bu barədə elektron ticarət şirkəti Ozon bildirib. Baş verən yanğından sonra obyekt tamamilə təxliyə edilib. Şirkətin açıqlamasına görə, burada çalışan əməkdaşlar arasında xəsarət alan olmayıb.
PUA təhlükəsi səbəbindən Ozonun Adıgeysk, Nevinnomıssk və Mahaçqala şəhərlərində yerləşən digər anbarlarında da təxliyə aparılıb. Mahaçqaladakı logistika mərkəzində baş verən yanğın nəticəsində bir neçə əməkdaş yüngül xəsarət alıb, onların həyatına təhlükə olmadığı bildirilib.
Zərər görən anbarlarda fəaliyyətin və məhsulların satışının müvəqqəti dayandırıldığı, logistika marşrutlarının isə alternativ mərkəzlərə yönləndirildiyi qeyd olunub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
