“Rusiyada böhran və pandemiya fonunda ərzaq istehlakı əhəmiyyətli dərəcədə azalıb”.
KONKRET.az xəbər verir ki, bu sözləri RANEPA Ali Korporativ İdarəetmə Məktəbinin beynəlxalq aqrobiznes və ərzaq təhlükəsizliyi mərkəzinin rəhbəri Anatoli Tixonov URA.RU-ya bildirib. Onun sözlərinə görə, “Pandemiya əhalinin gəlirlərini kəskin şəkildə azaldıb. Alıcılıq səviyyəsinin azalması 2014-cü ildən başlayıb və nəticədə məhsulların əlçatanlığı ilə bağlı problem yaranıb. İnsanlar daha az qazanır, bütün dünyada qida artır və qida istehlakı azalır. Bəzi ailələrdə ərzaq xərclərinin payı 50%-ə çatır ki, bu da çox yüksəkdir, bütövlükdə ölkədə 30%-ə çatır”, – ekspert vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
