Rusiyada qaz hasilatı kəskin artdıbackend

Rusiyada qaz hasilatı kəskin artdı

Oktyabrın sonunda Rusiyada ümumi qaz hasilatının həcmi illik ifadədə təxminən 11,8 faiz kəskin artaraq 60,13 milyard kubmetr səviyyəsinə çatıb.

KONKRET.az xəbər verir ki, yerli media öz mənbələrinə istinadən belə bir məlumat yayıb. Qeyd edək ki, on ayın yekunlarına görə, ölkədə qaz hasilatı, əksinə, illik ifadədə dörd faiz azalaraq 534,5 milyard kubmetrə düşmüşdü.

Rusiyada qaz hasilatı ardıcıl üçüncü aydır ki, artır. Belə ki, sentyabrın sonunda ümumi həcmlər illik ifadədə 2,7 faiz artıb.

Payızın ilk ayında ölkədə ümumilikdə 47,6 milyard kubmetr yanacaq hasil edilib. Belə ki, oktyabrda bu rəqəm 12,53 milyard kubmetr artıb. Eyni zamanda, ekspertlər 2023-cü ilin avqust ayının nəticələrinə əsasən müsbət dinamika qeydə alıblar. Analitiklər bu tendensiyanı bir sıra amillərlə, o cümlədən Çinə tədarükün artması və daxili bazarda sabit yanacaq istehlakı ilə əlaqələndirirlər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*