Voronej miqrasiya mərkəzinin əməkdaşı miqrantı barmaq izini götürərkən döyüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı tərəfindən video paylaşılıb. Videoda xidmət işçisinin patent üçün biometrik məlumatları təqdim edən miqrantı ələ salması, yumruq vurması və sinəsinə itələməsi göstərilir.
Voronej miqrasiya mərkəzinin əməkdaşı əmək miqrantının barmaq izini alarkən onu bir neçə dəfə vurub.
Hadisə şahidləri Moskvadakı özbək diasporuna müraciət edərək qeyd ediblər ki, işçi dəfələrlə miqrantlara belə münasibət göstərib. Moskva diasporu şurasının rəhbəri Bəhrom İsmayılov bildirib ki, o, artıq prokurorluğa ərizə göndərib.
“Biz bu işçinin işdən çıxarılmasını tələb edəcəyik, prokurorluğa ərizə vermişik ki, həm bu işçi, həm də onun rəhbəri barəsində araşdırma aparılsın, – deyə İsmayılov vurğulayıb.
Xatırladaq ki, İyulun 5-də Murmansk vilayətinin Kovdor şəhərində yerli sakinlərlə Azərbaycan diasporunun nümayəndələri arasında kütləvi dava baş verib.
Münaqişə, “qeyri-slavyan görünüşlü” bir gəncin bir qızla yerli kluba getməsinə icazə verilməməsi və bir neçə dostunu kluba çağıraraq dava salması səbəbindən yaranıb.
Üç nəfərə qarşı bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə xuliqanlıq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi) ilə cinayət işi başlanıb. Murmansk vilayət ictimai təşkilatı “Azərbaycan” Mədəniyyət Mərkəzi” (CC “Azərbaycan”) insidenti beynəlxalq münasibətlərin pozulmasına səbəb hesab etmir.
Xuraman Etibarlı,
KONKRET.az
