Rusiyada sərnişin təyyarəsi qəza enişi etdibackend

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

Rusiyada İrkutsk vilayətinin Ust-Kut hava limanında eniş zamanı Anqara aviaşirkətinə məxsus təyyarənin qanadının bir hissəsi qopub. Həmin an təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 44 sərnişin olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, An-24 təyyarəsi çətin hava şəraitində eniş edib. Eniş anında təyyarə qanadı ilə uçuş-enmə zolağına toxunub və qanadı qırılıb.

Məlumata görə,  hadisə nəticəsində xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*