Rusiyanın Komi Respublikasının Uxta şəhərində yüngül mühərrikli “Cessna” təyyarəsi qəzaya uğrayıb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirib.
Hadisə nəticədə 3 nəfər həlak olub.
“Cessna” təyyarəsi uçuş-enmə zolağına çata bilməyib və meşəyə çırpılıb”, – fövqəladə hallar xidmətinin nümayəndəsi deyib.
Təyyarə aviasiya meşə təsərrüfatına məxsusdur. Hazırda qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.
İqbal Rzayev,
KONKRET.az
