Sankt-Peterburqda Daxili İşlər Nazirliyinin üç generalı həbs olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin üç generalı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Saxlanılan generallar:
Daxili işlər nazirinin köməkçisi general-leytenant Sergey Umnov,
Sankt-Peterburq və Leninqrad vilayətinin yol polisinin rəisi, general-mayor Aleksey Semyonov,
İstefada olan general-mayor İvan Abakumov.
İstintaqın məlumatına görə, 2016-2020-ci illər ərzində Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəhbər heyətinin vəzifəli şəxsləri əmlakın əldə edilməsində ifadə olunan vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. “Sankt-Peterburq və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin proqramlarına yardım” fondunun vəsaitləri ilə şəxsi istifadə üçün mənimsəyiblər.
Bundan əvvəl Sankt-Peterburq, Moskva və Leninqrad vilayətində cinayət işi üzrə təqsirləndirilən şəxslərin ofisində və yaşayış binalarında axtarışlar aparılıb, istintaqa aidiyyəti olan materiallar götürülüb.
Xuraman Etibarlı,
KONKRET.az
