Ermənistanın Rusiyadakı səfirliyində yaranan texniki problem səbəbindən erməni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərinin vaxtında verilməsində çətinliklər yaranıb.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkə vətəndaşlarının pasportlarının çapı ilə bağlı maddi-texniki və digər problemlər üzündən ermənilər çətin vəziyyətlə üzləşiblər.
Yaranan problemlə əlaqədar olaraq Ermənistanın Rusiyadakı səfirliyi vətəndaşlardan üzr istəyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
