Rusiyadan Buçaya hücum: Ölənlərin sayı 37-yə çatdıbackend

Rusiyadan Buçaya hücum: Ölənlərin sayı 37-yə çatdı

Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası və Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 42 nəfər yaralanıb. Tkaçenkonun sözlərinə görə, tələfat sayının artacağı istisna edilmir.

Zərbələr nəticəsində təxminən 50 yaşayış binasına müxtəlif dərəcəli ziyan dəyib. Ətraf ərazilərdə yaşayan 400-ə yaxın sakin təxliyə olunub.

Hazırda ərazidə axtarış-xilasetmə, dağıntıların aradan qaldırılması və bərpa işləri davam etdirilir.

Rusiya ordusu Kiyevin Podolsk rayonuna da dron hücumu həyata keçirib.

Ukrayna mediası bildirib ki, hücum nəticəsində bir azyaşlı həyatını itirib.

Məlumata görə, dron açıq əraziyə çırpılıb və yaxınlıqda yerləşən bir kafeyə maddi ziyan dəyib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*