Rusiyadan Şimali Koreyaya dəstəkbackend

Rusiyadan Şimali Koreyaya dəstək

Rusiya Şimali Koreyaya qlobal maliyyə sisteminə çıxış əldə etməyə icazə verib, həmçinin Şimali Koreyanın BMT sanksiyalarına məruz qalan bəzi aktivlərini blokdan çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin müttəfiqlərinin kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən “The New York Times” qəzeti yazıb.

Qəzet iddia edir ki, icazə Ukraynaya qarşı müharibədə istifadə olunan sursat müqabilində verilib.

“The New York Times” qəzetinin yazdığına görə, Rusiya hakimiyyəti maliyyə qurumuna Rusiya banklarında dondurulmuş təxminən 30 milyon dollardan 9 milyon dolları sərbəst buraxmağa icazə verib. Pxenyan, ehtimal ki, bu pulu neft almaq üçün istifadə edəcək. Bundan əlavə, mənbələr Moskvanın Pxenyana Cənubi Osetiyada bank hesabı açmağa icazə verdiyini bildirir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*