Rusiyadan Türkiyəyə aviabiletlər 70%-dən çox bahalaşdıbackend

Rusiyadan Türkiyəyə aviabiletlər 70%-dən çox bahalaşdı

Bu il Rusiyadan Türkiyəyə aviabiletlərin qiymətləri ötən illə müqayisədə 70%-dən çox artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri “tutu.ru” səfərlər və səyahətlər xidmət mərkəzinin təhlilinə istinadən yazıb.

Məlumata görə, avqustun 1-dən sonra Moskva-Antalya aviareysi üçün ən ucuz bilet rusiyalılara 10 189 rubla (142,2 ABŞ dolları) başa gələcək. Baxmayaraq ki, 2019-cu ildə analoji uçuşun qiyməti 3 827 rubl (53,4 ABŞ dolları) təşkil edirdi.

Moskvadan İstanbula uçuş isə ən azı 7 632 rubla (106,5 dollar) başa gələcək. Halbuki, bir il öncə bu bileti 5 135 rubla (71,7 ABŞ dolları) almaq mümkün idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*