Rusiyadan Ukraynaya helikopter qaçıran şəxs öldürüldübackend

Rusiyadan Ukraynaya helikopter qaçıran şəxs öldürüldü

Mi-8 helikopterini Rusiyadan Ukraynaya qaçıran Maksim Kuzminovun ölümü təsdiqlənib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

M.Kuzminovun hansı şəraitdə öldüyü barədə məlumat verilməyib.

Daha öncə Villajoyosa bələdiyyəsində iki naməlum şəxsin Kuzminovu güllələdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, rusiyalı pilot ötən ilin yayında Kurskdan Mi-8 helikopterini qaçıraraq göyərtəsində daha iki ekipaj üzvü olmaqla Ukraynaya keçmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*