Aktrisa Mariya Şukşina “gey” sənətçilərin Rusiya şou-biznesindən qovulmasını tələb edib.
KONKRET.az xəbər verir ki, xalq artisti ötən gün Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin qeyri-ənənəvi cinsi münasibətlərin təbliğinə tam qadağa tətbiq etmək təklifini dəstəkləyib. 55 yaşlı aktrisa deyib:
“Hətta bəzi tanınmış ictimai xadimlər də qeyri-ənənəvi münasibətlərini nümayiş etdirirlər. Məsələn, bir il əvvəl Filip Kirkorov Muz-TV-yə getdi, bilmirəm kimlə: ya əri ilə, ya da həyat yoldaşı ilə. Yəni eyni cinsli həmkarı ilə.
Niyə bütün bu insanlar indi gündəmi zəbt edir və cəmiyyəti manipulyasiya edirlər? Niyə biz bu haqda danışmağa məcburuq? Bunu müzakirə etməyə belə dəyməz. Biz də bu haqda danışdığımız üçün istər-istəməz iyrənc şeyləri təbliğ edirik. Burada müzakirə etmək lazım deyil, sadəcə olaraq təbliğatçıları bütün platformalardan – televiziyadan, səhnədən uzaqlaşdırın!”, – deyə aktrisa bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
