Rusiyalı deputat Vitali Milonovun ermənilərə sevgisinin kökləri aşkarlanıb.
KONKRET.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Dövlət Dumasının deputatı Vitali Milonov öz sosial şəbəkə hesabında foto paylaşıb. O, fotonun altında ulu babasının İrəvanda yaşadığını qeyd edib.
“Mənim ulu babam İrəvanda yaşayıb. Bu fotonu o, oğluna, mənim babama göndərib. Bu şəkli bərpa etmək istəyirəm. Biz gərək kökümüzü unutmayaq”, – deyə Milonov yazıb.

Xuraman Etibarlı,
KONKRET.az
