Rusiyalı MMA döyüşçüsü Zubayra Tuxuqov UFC-dən kənarlaşdırılıb.
KONKRET.az xəbər verir ki, 32 yaşlı idmançıdan əlavə daha iki nəfər də yarışda iştirakdan məhrum edilib. Söhbət ingiltərəli Darren Till və Dominikan Respublikasından olan Joze Consondan gedir.
Tuxuqov 2014-cü ildən UFC-də döyüşürdü. Yüngül çəki dərəcəsində yarışan idmançı peşəkar karyerası ərzində 20 qələbə qazanıb, 6 dəfə uduzub və bir döyüşü heç-heçə başa çatıb.//Oxu.az
