Rusiyalı hərbçilərin ETİRAZI: “Döyüş meydanında gitaranı neynirik, ondan atəş açacağıq?” – VİDEObackend

Rusiyalı hərbçilərin ETİRAZI: "Döyüş meydanında gitaranı neynirik, ondan atəş açacağıq?" - VİDEO

“Bizim gözümüzdə siz artıq hökumət olmayacaqsınız”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya ordusunun Tuva vilayətindən səfərbər olmuş əsgəri deyib. O, məmurların onları aldatdığını deyərək tənqid edib.

“Bizi hədələdilər, dedilər ki, ora (Ukraynaya – red.) getməsək, bizi həbs edəcəklər, ailələrimizə kömək etməyəcəklər, bütün ödənişləri dayandıracaqlar.

Budur rabitə texnikası. Görün nə qədər insanıq. Onlar kifayət etməyəcək. Necə ünsiyyət quracağıq? Corab nəyimizə lazımdır, biz artıq kifayət qədər almışıq. Bəs gitaranı neynirik? Döyüş meydanında gitaradan atəş açacağıq?

Əgər xalq yoxdursa, kimin üzərində hökmranlıq edəcəksiniz? kimin qarşısında çıxış edəcəksiz? Ailələrimizə qoyun, yemək paketi verirsiniz, bu nədir? Əgər belədirsə, bizim nəzərimizdə siz artıq hökumət deyilsiniz. Bəlkə xalq olaraq bir yerə yığışıb qərar verək? Onsuz da sizdən xeyir yoxdur”, – deyə tuvalı hərbçi qəzəblənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*