Rusiyalı jurnalist Nobel medalını 103 milyon dollara hərraca çıxardı – FOTObackend

Rusiyalı jurnalist Nobel medalını 103 milyon dollara hərraca çıxardı - FOTO

Müstəqil “Novaya qazeta” qəzetinin rusiyalı baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını 103,5 milyon dollara (84 milyon funt sterlinq) hərraca çıxarıb.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, satışı həyata keçirən “Heritage Auctions” şirkəti qalibin kim olduğunu açıqlamayıb.

Dmitri Muratov bildirib ki, satışdan əldə olunacaq gəlir ukraynalı qaçqınlar üçün ianə ediləcək.

Qeyd edək ki, Muratov Rusiyada ifadə azadlığını müdafiə etdiyinə görə 2021-ci ildə sülh mükafatına layiq görülüb. “Novaya qazeta” isə öz fəaliyyətini mart ayında, Rusiyanın Ukraynaya müdaxiləsindən az sonra dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*