Rusiyalı məmurlar Şimali Koreyada iclas zalından qovuldu – VİDEObackend

Rusiyalı məmurlar Şimali Koreyada iclas zalından qovuldu - VİDEO

Şimali Koreya rəsmisi prezident Kim Çen In gəlməzdən əvvəl iclas zalında əyləşməyə çalışan Rusiya nümayəndələrini otaqdan qovub.

KONKRET.az xəbər verir ki, hadisənin görüntüləri Şimali Koreya mediası tərəfindən canlı yayımlanıb.

Zala ilk daxil olan xarici işlər naziri Sergey Lavrov olub. Lavrovun yanında baş nazirin birinci müavini Denis Manturov və baş nazirin müavini Vitali Savelyev oturublar. Yayımlanan kadrlarda baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Andrey Belousov, səhiyyə naziri Mixail Muraşko və Roskosmosun rəhbəri Yuri Borisov da yer alıb.

Ardından Şimali Koreyalı bir məmur Rusiya nümayəndələrinə tezliklə otağı tərk etməli olduqlarını bildirib. O, iclas zalına ilk olaraq prezident Kim Çen Inın daxil oacağını deyb.

“Biz bura niyə gəldik? Əvvəlcədən xəbərdarlıq etməli idiniz…” deyən rusiyalı məmurlar çaşqınlıq içərisində etirazlarını bildiriblər.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*