Rusiyanın 10 təyyarəsi SAXLANILDIbackend

Rusiyanın 10 təyyarəsi SAXLANILDI

Almaniya aerodromlarında rusiyalı sahibkarlara və Rusiyanın nəzarət etdiyi şirkətlərə məxsus 10 təyyarə saxlanılır.

KONKRET.az xəbər verir ki, biznes və çarter reyslər üçün istifadə edilmiş təyyarələr arasında Leypsiqdə 3 “An-124”, Kölndə “Bombardier BD-100-1A10 Challenger 300”, “Boeing 737”, Frankfurte-Xanedə “Boeing 747”, Baden-Badendə “Cessna 750 Citation X” və 2 “Embraer ERJ-B3 BD 1A10 Global Express XRS” var.

Bu təyyarələr sanksiyalar səbəbindən Almaniyanı tərk edə bilmir. Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra fevralın 27-də Almaniya səmasını Rusiya aviasiyası üçün bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*