Ukrayna müharibəsi başlayandan indiyədək Almaniya hökuməti Rusiyanın 5,32 milyard avro dəyərində aktivlərini dondurub.
KONKRET.az xəbər verir ki, bu barədə “Die Welt am Sonntag” nəşri Almaniya Maliyyə Nazirliyinə istinadən yazıb.
Qeyd edilib ki, məbləğə Aİ-nin sanksiya siyahısında olan fiziki şəxslərin və şirkətlərin, eləcə də Rusiya Mərkəzi Bankının aktivləri daxildir.
Eyni zamanda, Maliyyə Nazirliyi Almaniyada əmlakı dondurulmuş rusiyalı sahibkarların sayını dəqiqləşdirməyib.
Qeyd edək ki, Aİ ölkələri Rusiya Mərkəzi Bankının 300 milyard, rusiyalı iş adamlarının isə 20 milyard avroluq aktivlərini dondurub.
İqbal Rzayev,
KONKRET.az
