Rusiyanın ABŞ-a təslim olması Putindən qabaq başlayıb – FAKTLARbackend

Rusiyanın ABŞ-a təslim olması Putindən qabaq başlayıb - FAKTLAR

1992-ci il iyunun 17-də Rusiyanın ilk Prezidenti Boris Yeltsinin ABŞ Konqresindəki çıxışı amerikalı parlamentarilər tərəfindən alqışlanıb.

KONKRET.az xəbər verir ki, bununla da Rusiya soyuq müharibədə qalib gəlmiş düşməni Birləşmiş Ştatlara qucaq açmış oldu. Yeltsin Amerika qarşısında həm də müəyyən gizli öhdəliklər götürdü:

– Moskva bir daha SSRİ kimi ittifaq yaratmayacaq;

– Yeltsin özündən sonra Rusiya hakimiyyətinə Qərbə sadiq Prezident gətirməlidir;

Daha əvvəl də Bil Klinronla Boris Yeltsinin çoxsaylı görüş və telefon danışıqlarından bəhs etmişik. Ötən həftə Yeltsindən sonra Putinin necə hakimiyyətə gətirilməsi, İraqı itəatkarcasına Corc Buşa keçməsindən yazmışıq.

Rus millətçilərin fikrincə, Qorbaçov-Yeltsin-Putin dönəmi Rusiyanın Qərbə baş əyməsidir. Onlar xronologiya, quruluş və hakimiyyət dəyişikliklərini belə sistemləşdirirlər:

Rusiya Qərb qarşısında:

– Qorbaçovun dövründə diz çökdü;

– Yeltsinin zamanında baş əydi;

– Putinin vaxtına nəzərdə tutulan əl öpmək mərhələsi üzərində iş gedir;

Rasputin-Putin yazımızda sadalanan şəxslərin massonluq bağlarından geniş danışmışıq. Həmin lojalarda olanlar isə masson barmağındakı üzüyü çoxdan öpüblər.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*