Rusiyanın Almaniyadakı səfirliyinə HÜCUM EDİLDİbackend

Rusiyanın Almaniyadakı səfirliyinə HÜCUM EDİLDİ

Bazar ertəsi axşam naməlum şəxslər Rusiyanın Almaniyadakı səfirliyinin binasına şarlar və boya butulkaları atıblar. 

KONKRET.az xəbər verir ki, bu barədə “Morgenpost” qəzeti Berlin polisinə istinadən məlumat yayıb.

Bildirilib ki, altı silindr və iki şüşə qırmızı boya Rusiya diplomatik missiyasının binasına doğru atılıb.

Qəzetin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Almaniya polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*