Rusiyanın Kabildəki səfirliyini “Taliban” MÜHAFİZƏ EDİRbackend

Rusiyanın Kabildəki səfirliyini “Taliban” MÜHAFİZƏ EDİR

““Taliban” hərəkatının nümayəndələri Əfqanıstandakı rus diplomatların başından bir tük də əskilməyəcəyini təsdiq ediblər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov deyib.

Səfirin sözlərinə görə, hazırda səfirliyin mühafizəsini buranı tərk etmiş əfqan hərbçilər əvəzinə taliblər həyata keçirir.

“Səfirliyimizi artıq taliblər mühafizə edir. Bu gün təhvil həyata keçirildi: bizi mühafizə edən əfqan hərbçilər getdi. İndi taliblər  oldu. Onlar bir daha təsdiq etdilər ki, rusların başından bir tük də əskilməyəcək və biz sakit işləyə bilərik”, – deyə Jirnov “Rossiya 24” telekanalının efirində vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*