Rusiyanın “Sputnik” xəbər agentliyinin fars bölməsinin ekspertləri heyrətləndirici şəkildə İranla bağlı bədbin və anti-siyasi təhlillər dərc edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə “Saat 24” xəbər agentliyi məlumat yayıb. “Sputnik” xəbər agentliyinin təhlilçilərinin SEPAH-ın büdcəsinin 300 milyard dollar olması ilə bağlı yazdıqları məqalədən sonra, həmin ekspertlər İran rejimi əleyhinə müxtəlif yazılar dərc etməyə başlayıblar.
Həmin məqalələrdən birində yazılıb: “Bu günlərdə ölkənin müxtəlif idarələrində korrupsiya və rüşvət o qədər yayılıb ki, İran iqtisadi mafiyaların cənnətinə çevrilib”.
Məqalədə mayın 23-də Xuzestan əyalətinin Abadan şəhərində çökən 10 mərtəbəli Metropol binasına da münasibət bildirilib. Belə ki, təhlilçilərin fikrincə, İran şəhərlərində gəzərkən müxtəlif bina, qüllə və digər tikililərin rüşvət, müxtəlif yerlərdən edilən təsirlər və ən kiçik mühəndislik standartlarına belə riayət edilmədən tikildiyini anlamaq mümkündür.
Natiq Səlim,
KONKRET.az
