“Rusiyaya ideologiya lazımdır” – Dmitri Roqozinbackend

“Rusiyaya ideologiya lazımdır” - Dmitri Roqozin

Müddətinə görə Rusiya-Ukrayna qarşıdurması Böyük Vətən Müharibəsini geridə qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış ictimai-siyasi xadim Dmitri Roqozin bildirib. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın davametmə müddəti dünən Böyük Vətən Müharibəsinin müddətinə — 1418 günə bərabərləşdi, bu gün isə onu geridə qoydu. Bu simvolik tarix “Bars Sarmat” dəstəsinin komandiri üçün Rusiyada nəyin çatışmadığı barədə düşünməyə əsas olub.
Onun fikrincə, cəmiyyətin səfərbər edilməsi və xarici çağırışlara effektiv şəkildə qarşı durmaq üçün dövlət ideologiyasının yaradılması zərurəti artıq yetişib.

Roqozin cəbhədə qırmızı bayraqların və Qələbə Bayrağının istifadə olunmasına diqqət çəkərək, bunu tarixi yaddaşın təzahürü və ideoloji dayaq axtarışının instinktiv forması kimi qiymətləndirib. Dmitri Oleqoviç vurğulayıb ki, aydın şəkildə formalaşdırılmış ideya və sosial bərabərsizliklə mübarizə olmadan Rusiyanın təsirini möhkəmləndirməsi və yeni əraziləri inteqrasiya etməsi çətin olacaq.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*