Rusiyaya məxsus şirkətin səhmləri Gürcüstan hökumətinə verilirbackend

Rusiyaya məxsus şirkətin səhmləri Gürcüstan hökumətinə verilir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Alfa Group”a məxsus “IDS Borjomi International” şirkətinin səhmlərinin dövlətə verilməsi prosesini tez bir zamanda başa çatdırmağı tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Qərar hökumətin növbəti iclasında açıqlanacaq”, – deyə məlumatda bildirilir.

“IDS Borjomi International” “Borjomi”nin mineral su qablaşdırma zavodlarının sahibidir. Bir gün əvvəl o, aprelin 29-dan etibarən Borjomi şəhərindəki zavodda son neqativ hadisələr səbəbindən işində fasilələr yarandığı üçün qablaşdırmanı dayandırdığını bəyan edib”, – deyə şirkətdən bildirilir.

O da vurğulanıb ki, “IDS Borjomi International” “Alfa Group”un payını dövlətə verməyi təklif edib.

“Gürcüstan hökuməti “IDS Borjomi International”a sahib olan şirkətin (“Alfa Group”) təklifini bəyənərsə, “IDS Borjomi Georgia” zavodlarda istehsal prosesini və iqtisadi fəaliyyəti bərpa edə biləcək”, – deyə şirkətdən qeyd edilib.

Saziş Gürcüstanın İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməlidir; “IDS Borjomi International” artıq hər iki departamentə müvafiq məktub göndərib.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi məsələyə bir neçə gün baxılacağını qeyd edib.

Qeyd edək ki, 2013-cü ildən “Borjomi” brendi Aİ-nin sanksiyalarına məruz qalmış “Alfa Bank”ın da daxil olduğu Rusiyanın “Alfa Group” şirkətinə məxsusdur. Martın əvvəlində Estoniyanın “Delfi” portalı bildirmişdi ki, “Rimi”, “Maxima” və “Selver” kimi yerli pərakəndə satış şəbəkələri “Borjomi”ni rəflərdən çıxarmaq qərarına gəliblər, çünki onlar brendin sanksiyalara məruz qalan Rusiya şirkətinə məxsus olması barədə məlumat alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*