Rusiyayönlü fəal və bloger Mikael (Mika) Badalyan həbsdə qalacaq. Ermənistan Baş Yurisdiksiya Məhkəməsi onun həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun vəsatətini qismən təmin edib.
KONKRET.az xəbər verir ki, xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Ermənistan Respublikasının Baş Yurisdiksiya Məhkəməsi Prokurorluğun təklifi ilə Rusiyapərəst bloger Mika Badalyanın həbs müddətinin bir ay uzadılması ilə bağlı prokurorluğun tələbini qismən təmin etmək qərarına gəlib”, – deyə Badalyanın Telegram kanalı məlumat yayıb.
Xatırladaq ki, Mika Badalyan mayın 24-də “İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması” barədə yalan məlumat yaydığına görə həbs edilib.
Qeyd edək ki, bloger 2-ci Qarabağ savaşından sonra postlarda acınacaqlı vəziyyətdə olan erməni əsgərlərinin minimal ehtiyaclarını doldurmaq üçün internetdə pul yığıraq onlara kömək edib.
Roman Göytürk,
KONKRET.az