backend

 Ruslar kafe-restoran üçün çox darıxıblar

Rusların kafe-restoran üçün burnunun unu göynəyir.

KONKRET.az xəbər verir ki, bu NPD Grupun karantin rejimində Rusiyada apardığı sorğunun nəticəsində məlum olub.

“Ведомости” qəzeti yazır ki, sorğu nəticəsində məlum olub ki, respondentlərin 47 faizi evdə oturmaqdan yorulublar. 36 faiz sorğu iştirakçısı evdə yemək bişirməkdən bezdiklərini və kafe-restorana getmək istədiklərini bildiriblər. 32 faiz respondent dostlarla vaxt keçirmək üçün darıxdıqlarını söyləyib. Cəmi 17 faiz respondent evdə oturmaqdan bezmədiklərini bildirib.

Xatırladaq ki, karantin rejimi Rusiyada iyunun 1-dən etibarən yumşaldılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*