Rusiya qoşunlarının işğal etdiyi Melitopolda Ukraynanın mobil rabitəsi və interneti fəaliyyətini dayandırıb.
KONKRET.az xəbər verir ki, Melitopolun xarici dünya ilə əlaqəsi şənbə günü saat 16:00-da kəsilib.
Sakinlər bildirir ki, şəhərdə Rusiya operatorları işləyir. Bağlantıdan yalnız Life xidmətinə malik olanlar istifadə edə bilər.
Özünü Melitopolun “meri” elan edən Qalina Danilçenko bəyan edir ki, aprelin 4-dən şəhərdə məktəblər və uşaq bağçaları rus dilində və rus proqramları üzrə işə başlayacaq.
O, hər kəsə 2022-ci il martın 1-dən etibarən kommunal xidmətlərə görə borcunu siləcəyini vəd edir.
Günel Mikayıl,
KONKRET.az
