Ruslar qan ağlayır – Belə davam edə bilməzbackend

Ruslar qan ağlayır - Belə davam edə bilməz

“20 litr benzin doldurdum və dua edirdim ki, maşın yolda sönməsin. Belə fasilələrin ikinci ayına dözə bilmərəm. İşim daimi səfərlərlə bağlıdır. Taksi ilə getsəm, müflis olaram: bir gediş 500 rubla başa gəlir. İyul ayında taksi qiymətləri iki-üç dəfə bahalaşıb.”

KONKRET.az xəbər verir ki, çərşənbə günü səhər pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra ölkənin ikinci ən böyük benzin istehsalçısı olan “LUKOYL-NijeqorodnefteorqSintez” zavodu yanarkən, Rusiyanın müxtəlif bölgələrində yay ərzində ikinci yanacaq böhranı dalğası yayılmağa başlayıb.

İyulun sonundakı qısa fasilə uzun çəkmədi: yanacaq satışına qoyulan məhdudiyyətlər yenidən ən azı 10 regionda, daha sonra isə Moskvada tətbiq olundu. Paytaxtda bir avtomobilə verilən yanacaq limiti 30–50 litrədək azaldıldı.

Hakimiyyət yanacaq ixracını qadağan edir, daha aşağı ekoloji standartlara cavab verən benzinin satışına icazə verir və yanacağı Belarus, Hindistan və Mərakeşdən idxal edir.

“Sibir.Reallıqları” nəşri yazır ki, bu tədbirlər hələlik çatışmazlığı aradan qaldırmağa kifayət etmir və yanacaq qıtlığı Rusiyanın müxtəlif regionlarında insanların gündəlik həyatını ciddi şəkildə dəyişir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*