Rusların 8 noyabr qəhrəmanı və ya SSRİ-nin SON MARŞALI – ƏTRAFLIbackend

Rusların 8 noyabr qəhrəmanı və ya SSRİ-nin SON MARŞALI - ƏTRAFLI

Azərbaycan qürur hissi ilə müstəqillik dövrünün ən böyük, tarixi əhəmiyyəti ilə seçilən Zəfər bayramını qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız və dövlətimizin mərd, ləyaqətli Ordusu erməni işğalçılarına, rus imperializminə və ən nəhayət Qərb riyakarlığına qalib gələrək bir tarix yazdı. Amma 8 noyabrı rus şovinistləri başqa cür qeyd edir. SSRİ-nin son marşalının doğum günü kimi. Burada bir tarixi ironiya da var. Biz paralellər aparmaq iztəməzdik. Amma rus təbliğatçılar bunun üzərinə çox getdiyindən Yazov barədə oxucularımıza ixtisarla da olsa, məlumat verməyi özümüzə borc bildik.

Dmitri Yazov – SSRİ-nin son marşalı

1987-ci ilin mayında alman həvəskar pilotu Matias Rust bütün sovet hava hücumundan müdafiə sistemlərindən yan keçərək Moskvanın Qırmızı Meydanına eniş etdi. Bundan sonra SSRİ müdafiə naziri Sergey Sokolov tutduğu vəzifədən uzaqlaşdırıldı və yerinə onun kadr işləri üzrə müavini, ordu generalı Dmitri Yazov təyin edildi.

  • Dmitri Timofeyeviç Yazov 8 noyabr 1924-cü ildə anadan olub. Sovet və Rusiyanın hərbi rəhbəri kimi tarixə düşüb. SSRİ Müdafiə Naziri (1987-1991). Sovet İttifaqının marşalı (28 aprel 1990). Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd (1987-1990). Sov.İKP Mərkəzi Komitəsinin üzvü (1987-1991). SSRİ Prezident Şurasının üzvü (1990). SSRİ Təhlükəsizlik Şurasının üzvü (1991). Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin üzvü (1991). Böyük Vətən Müharibəsi iştirakçısı.

Deyilənə görə, Dmitri hələ 1941- ci ildə almlanlarla döyüşlərin birində baş nahiyəsindən qumbara qəlpəsi alaraq ağır yaralanıb və son gününə qədər dəmir parçasını başında gəzdirməli olub.

Oxucularımız onu SSRİ-nin son illərində yaxşı tanımağa başlayıb.

Ruslar onun adı gələndə indi də qürurla deyir ki, SSRİ onun üçün xəyanət edə bilməyəcəyi vətən idi. Buna görə də o, 1991-ci ilin avqustunda Fövqəladə Hallar üzrə Dövlət Komitəsinə qoşularaq dağılmaqda olan dövləti bərpa etmək istəyirdi. Onu buna sövq edən Qorbaçovun yeni ittifaq müqaviləsini təsdiq etmək niyyətində olması idi. Amma Yazov bütün respublikaların müstəqil olmasının qarşısını ala bilmədi.

FOTO: SSRİ Xarici İşlər Nazirliyi yanında Dövlət Fövqəladə Hallar Komitəsinin mətbuat konfransı, 19 avqust, 1991-ci il

 

Yaxınları və dostları xatırlayır ki, Dmitri Yazov stressə davamlı insan idi. O, bunu 1962-ci ilin avqustunda, onun 400-cü motoatıcı alayı gizli şəkildə Kubaya köçürüləndə (“Anadır əməliyyatı” çərçivəsində) göstərdi. Kuba raket böhranı qızışırdı və onun alayı Amerika qoşunlarının işğalı halında Kubanı müdafiə etməli idi.

Qeyri-adi tropik şəraitdə Yazov alayını yerləşdirə və gizli şəkildə idarə edə bildi.

Rus şovinistlərin bir məqaləsində vurğulanır ki, o, bu stressə qarşı müqavimətini Fövqəladə Hallar Dövlət Komitəsinin fəaliyyəti zamanı da göstərib. Onun əmri ilə Tamanskaya və Kantemirovskaya diviziyaları Moskvaya daxil oldular. Məhz onda 3 nəfər Moskvada BMP-nin tırtılları altında həlak oldu.

Çevriliş uğursuz olduqdan sonra o, “dövlətə xəyanət” ittihamı ilə həbs edilərək istintaq təcridxanasına salındı və Matrosskaya Tişinada 498 gün həbsdə qaldı.

İmperiyanın son marşalı yalnız 26 yanvar 1993-cü ildə azad edildi. 23 fevral 1994-cü il Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması tərəfindən amnistiyaya düşdü. O, hərbi xidmətini davam etdirdi və 2012-ci ilə qədər Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Müfəttişlər İdarəsinin baş müfəttişi oldu.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*